"Keşlə" komandası heyətinə yeni qapıçı cəlb edib

"Keşlə" klubu 2018-2019 mövsümündə ilk transferini reallaşdırıb. 

Paytaxt təmsilçisinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda qapıçı Rəşad Əzizlini heyətinə qatıb. 

25 yaşlı qolkiperlə müqavilə 1+1 şərti ilə bağlanılıb. 

Qeyd edək ki, Rəşad Əzizli ötən mövsüm "Sumqayıt"da çıxış edib.