“Azərpoçt”un şöbəsindən dəmir seyf oğurlanıb

Seyf boş imiş

Seyf boş imiş

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda “Azərpoçt” MMC-yə məxsus poçt məntəqəsindən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən Xankəndi poçt şöbəsində qeydə alınıb.

Oğurluq edən şəxs və ya şəxslər şöbənin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla orada olan dəmir seyfi oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı seyfin boş olduğu məlum olub.