Cəlilabadda yol qəzası baş verib, xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Bədirli kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Əlabbas Qədirağa oğlu və Sərhədli kənd sakini, 1969-cu il təvəllüdlü İsmətov Səməd Səmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.