Myanmada 6,8 bal güncündə zəlzələ baş verib

Yeraltı təkanlar ölkənin böyük şəhəri Yanqonda, eləcə də Banqladeşin paytaxtı Dəkkədə də hiss olunub

Yeraltı təkanlar ölkənin böyük şəhəri Yanqonda, eləcə də Banqladeşin paytaxtı Dəkkədə də hiss olunub

Bakı. 24 avqust. REPORT.AZ/ Myanmanın (Birma) mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

İnformasiyaya görə, zəlzələnin episentri ölkənin Mandalay vilayətinin Metxil şəhərindən 143 km qərbdə yerləşib.

Yeraltı təkanlar Myanmanın böyük şəhəri Yanqonda, eləcə də Banqladeşin paytaxtı Dəkkədə hiss olunub.

Dağıntı və itkilər barədə məlumat verilməyib.