EYOF: Azərbaycan millisi mövqeyini itirib

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) çıxışını başa vuran Azərbaycan millisi mövqeyini itirib.

“Report” xəbər verir ki, daha iki qızıl medal qazan Böyük Britaniya yığması 2-ci sıraya yüksəlib. Artıq bu kollektivin 11 qızıl, 12 gümüş və 1 bürünc medalı var.

Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi medal sıralamasında 3-cü pilləyə enib. Hazırda Rusiya komandası 27 qızıl, 16 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Aktivində 10 qızıl, 5 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 4-cü yerdədir. Yarış davam etdiyi üçün mövqe dəyişikliyi ola bilər.