Florida ştatının şəhərlərində komendant saatı elan olunub

"İrma" qasırğası ştat sahillərinə bir neçə saatdan sonra çatacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ "İrma" qasırğası səbəbindən Brouard dairəsinin ardından Amerikanın Florida ştatının 5 şəhərində də komendant saatı tətbiq olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, komendant saatı Koral-Sprinqs, Fort-Loderdeyle, Dirfild-Biçe və Hillsboro-Biçe, Mayami-Biç şəhərlərində qüvvədə olacaq.

Brouard dairəsində komendant saatı şənbə günü 16:00-dan qeyri-müəyyən vaxta qədər elan olunub.

"İrma" qasırğası Florida sahillərinə bir neçə saatdan sonra çatacaq. Hazırda qasırğa Kuba ərazisini tərk edir və saatda 205 kilometr sürətlə Birləşmiş Ştatlara doğru irəliləyir.