“Snayper həddi” müsabiqəsində iştirak edən Azərbaycan snayperləri yarımfinala vəsiqə qazanıb

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən Azərbaycan snayperləri yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaq.

Növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.