Mədəniyyət və Turizm İdarəsində yeni təyinat olub

Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzə direktor təyin edilib

Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzə direktor təyin edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində yeni təyinat olub.

İdarədən "Report"a verilən məlumata görə, Hacı Əliyev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin direktoru təyin edilib.