Sakinlərin yol kənarlarında heyvan kəsilməsinə münasibəti necədir? - QURBAN HAZIRLIQLARI - VİDEOSORĞU

Hər il Qurban bayramında küçə və yolların kənarlarında toplanan heyvanlara rast gəlirik. Bu heyvanlar bir sıra hallarda insanların gözü qarşısında və sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə kəsilir. Baxmayaraq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin metodiki tövsiyəsi əsasında çadırtipli kəsim məntəqələri yaradılıb.

"Report" Qurban bayramında heyvanların küçə və yolların kənarlarında saxlanılmasına və insanların gözü qarşısında kəsilməsinə paytaxt sakinlərinin münasibətini öyrənib.