Tacikistanda qəzaya uğrayan Mi-8 vertalyotunda rus alpinistlər də olub

Bakı. 13 avqust. REPORT.AZ/ Tacikistan dağlarında sərt eniş edən Mİ-8 vertalyotunda Rusiyadan 13 turist olub.

"Report" xəbər verir ki, bu barədə Maş kanalı məlumat yayıb. 

Bildirilir ki, Fortanbek dağına enəndə 1 nəfər ölüb. Qeyd olunubk, vertalyot fövqəlada eniş edərkən göyərtəsində 13 rus, 1 belarus və 1 ispan vətəndaşı olub.