Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub

Hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib

Hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib

Bakı. 20 iyun. REPORT.AZ/ Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub. 

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib. 

"Shahed 129" model pilotsuz təyyarə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən vurulub. 

Qeyd edək ki, "Shahed 129" İranda istehsal olunur. Onun ilk modeli İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən (SEPAH) 2013-cü ildə təqdim olunub.