İranda terror aktı törədilib, ölənlər və yaralananlar var - VİDEO

Bakı. 6 dekabr. REPORT.AZ/ İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində terror aktı törədilib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Polis İdarəsinin yaxınlığında baş verib.

Terrorçu-kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Şahidlər partlayış ərazisindən atışma səslərinin eşidildiyini bildiriblər.