Azərbaycanlı zəvvar Həcc ziyarətində dünyasını dəyişib

Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib.

"Report"un əldə etdiyi məlumata görə, 69 yaşlı Bəhmən Şükürov gecəyarısı Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib.

Onun ürəktutmadan öldüyü deyilir. Mərhum bu gün Məkkədə dəfn olunacaq.