Akademik Opera və Balet Teatrı səhnə kostyumlarının tikilməsi üçün tender elan edib

İddiaçıların təklifləri fevralın 18-də teatr binasında açılacaq

İddiaçıların təklifləri fevralın 18-də teatr binasında açılacaq

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dekorasiya materiallarının satınalınması məqsədi ilə tender elan edib.

"Report"un xəbərinə görə, tender səhnə kostyumlarının tikilməsi üçün parça materialları və bəzək aksessuarlarının satınalınması, habelə tikinti materiallarının satınalınması üzrə keçirilir.

İddiaçılar tenderdə iştirak etmək üçün tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır), tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır), Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayışı, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayışı, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 fevral saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 15 fevral 17:00-dək möhürlənmiş, ikiqat zərflərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına təqdim etməlidirlər.

İddiaçıların təklifləri fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında açılacaq.