Bakı Musiqi Akademiyası fəlsəfə və elmlər doktoru üzrə boş plan yerlərinin sayını açıqlayıb

Elmlər doktoru proqramı üzrə elan edilən plan yerlərinin hamısı dövlət hesabına olacaq

Elmlər doktoru proqramı üzrə elan edilən plan yerlərinin hamısı dövlət hesabına olacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 2015-ci il üçün fəlsəfə və elmlər doktoru üzrə doktorantura və dissertanturaya qəbul elan edib. "Report" xəbər verir ki, akademiyada fəlsəfə doktoru proqramı üzrə 6, dissertantların təhkimolunma plan üzrə isə 5 yer ayrılıb.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya ikisi birlikdə 5 plan yeri ayrılıb. Elmlər doktoru proqramı üzrə elan edilən plan yerlərinin hamısı dövlət hesabına olacaq.