Bərdədə 49 yaşlı qadın təcili tibbi yardım maşınında ölüb

Bərdə rayonunda ölüm hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Çələbilər kəndində qeydə alınıb.

Belə ki, 1970-cu il təvəllüdlü Sevinc Süleymanova yaşadığı evdə qəflətən halı pisləyib. O, təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

S.Süleymanovun yaxınları 49 yaşlı qadının ürəktutmasından dünyasını dəyişdiyini bildiriblər.