“Həmkarlar ittifaqları haqqında” qanuna dəyişiklik edilir

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanuna dəyişiklik edilir.

“Report”un xəbərinə görə, dəyişikliklə qanunun 8-ci (Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi) maddəsinə əlavə olunacaq.

Əlavəyə əsasən, Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.