Azərbaycanla Pakistan arasında anlaşma memorandumu imzalanıb

Sənədə Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində imza atılıb

Sənədə Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində imza atılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində iki ölkə arasında anlaşma memorandumu imzalanıb. 

"Report" xəbər verir ki, sənədi Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, Pakistan tərəfindən isə bu ölkənin Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Lətif Xan imzalayıb.