Binədə 17 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsi südçülük sovxozunun ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Yaralıya qarının və döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

İlqar Abdullayev