İkinci sınaq imtahanına yazılış vaxtı müəyyən olunub

İmtahan aprelin 12-də keçiriləcək

İmtahan aprelin 12-də keçiriləcək

Bakı. 12 mart. REPORT.AZ/ Abituriyentlər üçün ikinci sınaq imtahanına yazılış vaxtı müəyyən olunub. TQDK-dan "Report"a bildirilib ki,  ikinci sınaq imtahanı aprelin 12-də keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 17-dən etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.