“İzahlı dilçilik terminləri lüğəti” işıq üzü görüb

Bakı. 4 may. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, pro­fessor Sayalı Sa­dıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Ab­dul­la­yeva, Svetlana Novruzova və Şəbnəm Hə­sənli-Qə­ribovanın tərtibatçılığı ilə “İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub.

Bu barədə "Report"a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Lüğətin baş redaktorları - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır. Nəşrin rəyçiləri - akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

Vəsaitdə elmi-tədqi­qat və tədris prosesində tez-tez rast gəlinən 8500 termi­nin definitiv tərifinə və şər­hi­nə geniş yer verilib. Lüğətdə dilçilik termin­lərinin ge­niş, daha dolğun izahı verilib, həmçinin terminlərin orfo­qra­fiyası müasir ədəbi dilimizin or­fo­qrafiya normalarına uyğun əksini tapıb.