İsmayıllıda 33 yaşlı kişi intihar edib - YENİLƏNİB

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Səbuhi Piriyev özünü həyətdə qoz ağacından asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.



*** 10:03

İsmayıllı rayonunda orta yaşlı kişi intihar edib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə yerləşdirilib.