Parisdə terror törətməyi planlaşdıran 4 nəfər saxlanılıb

Saxlanılanlar turistlərin daha çox toplaşdığı yerdə terror aktı törətməyi planlaşdırıb

Saxlanılanlar turistlərin daha çox toplaşdığı yerdə terror aktı törətməyi planlaşdırıb

Bakı. 10 fevral. REPORT.AZ/ Fransa hüquq-mühafizə orqanları ölkənin cənubundakı Ero departamentində keçirdiyi antiterror əməliyyatı zamanı 4 nəfəri saxlayıb.

"Report" "M6" telekanalına istinadən xəbər verir ki, saxlanılanlar arasında 16 yaşlı qız da var.

Saxlanılanlar Parisdə turistlərin daha çox toplaşdığı yerdə intihar kəməri vasitəsilə terror aktı törətməyi planlaşdırıb. Onların evlərində aparılan axtarış zamanı partlayıcı tapılıb.