Keniyada yaşayış binası uçub, 7 nəfər ölüb, itkin düşənlər var - VİDEO

Keniyada xilasedicilər uçmuş altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri xilas edə bilib.

“Report” xəbər verir ki, bu barədə yerli “Citizen TV” telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə Nayrobidəki Embakasi dairəsində baş verib. Hadisə zamanı 7 nəfər həlak olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin məlumatında bildirilir ki, uçqun zamanı daha 11 nəfər itkin düşüb.

İlkin məlumatlara görə, binanın uçması inşa prosesindəki qüsurlara görə baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyatın başlanğıcından 35 nəfər xilas olunub.