Tramp ABŞ-da yenidən fövqəladə rejim tətbiq etmək qərarına gəlib

ABŞ Prezidenti Donald Tramp Meksikaya qarşı rüsum tətbiq etmək üçün ölkədə yenidən fövqəladə rejim elan etməyi planlaşdırır.

"Report" "The Hill" qəzetinə istinadən xəbər verir ki, Tramp Meksikaya qarşı gömrük rüsumunu qeyri-leqal miqrasiya və narkotik maddə qaçaqmalçılığına qarşı əks-fəaliyyət üçün tətbiq etmək istəyir.

Bildirilir ki, ABŞ Konqresi Trampın fövqəladə vəziyyət rejiminin tətbiqinə dair bəyannaməsini əngəlləyə bilər. Lakin, Tramp da Konqresin qərarına veto qoya bilər.