Əfqanıstanın şərqində terror aktı nəticəsində güc strukturlarının 10 əməkdaşı ölüb

Hadisə zamanı 20-dən artıq dinc sakin yaralanıb

Hadisə zamanı 20-dən artıq dinc sakin yaralanıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Əfqanıstanın şərqində - Loqar vilayətində törədilən terror aktı nəticəsində güc strukturunun azı 10 əməkdaşı ölüb, 20-dən artıq dinc sakin yaralanıb. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.

Terrorçu-kamikadze özünü avtomobildə partladıb. Ekstremistlərin hədəfi Azari rayonunda təhlükəsizlik qüvvələrinin mərkəzi olub. Əyalətdən 6 DİN əməkdaşı və və Əfqanıstan Milli Ordusunun 3 əsgərinin ölüm xəbərini təsdiqləyiblər.

İnsidentin baş verdiyi rayon mühasirəyə alınıb, hadisə yerində həkim briqadaları və müstəntiqlər işləyir. Əyalətdə terror aktının təşkil olunmasında əli olan şəxslərin axtarışı aparılır.