Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş təhsil naziri Mikayil Cabbarovla görüşüb

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş təhsil naziri Mikayil Cabbarovla görüşüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş təhsil naziri Mikayil Cabbarovla görüşüb.

"Report"un məlumatına görə, görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi müzakirə olunub.

M.Cabbarov səfirlə Azərbaycan və Mərakeş universitetləri arasında əlaqələrin daha da intensivləşdirilməsi, tələbə mübadilə proqramlarının həyata keçirilməsi və iki ölkədən nümayəndə heyətlərinin səfərlərin təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.