Rusiyanın energetika naziri: "Dünyada neftin kommersiya ehtiyatları sıfıra yaxındır"

Bakı. 25 may. REPORT.AZ/ Rusiya energetika naziri Aleksandr Novak bəyan edib ki, dünyada neftin kommersiya ehtiyatları sıfıra yaxındır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterbuqda keçirilən Beynəlxalq İqtisadi Forumunda danışıb. 

Nazir deyib ki, ötən il neft ehtiyatlarının həcmi 5 il bundan əvvəllə müqayisədə 323 mln. barel çox idisə, hazırda 20 mln. barel azdır. 

Bundan başqa, onun sözlərinə görə, OPEK+ razılaşması neft bazarının məhsul artıqlığından qurtulmasına kömək edib.