Kiyevdə mitinq iştirakçıları Ukraynanın DİN başçısının müşavirini döyüblər

Bakı. 6 noyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyev şəhərində məhkəmə qarşısında mitinq keçirənlər ölkənin Daxili İşlər Nazirliyinin müşaviri Zoryan Şkiryakı döyüblər.

Bu barədə "Report" "İcmalçı" nəşrinə istinadən xəbər verir.

Onlar eyni zamanda "nəhayət, əlimizə keçdin" deyə qışqırıblar.

Qeyd edək ki, cinayət və mülki işlərə baxılması üzrə Ukrayna Ali İxtisaslaşdırılmış Məhkəməsinin binası yaxınlığında bu gün daha əvvəl məhkum edilmiş sərhədçiyə dəstək məqsədilə mitinq keçirilir. Nazirin müşaviri məhkumu dəstəkləməyə gəlibmiş.

Ancaq məhkəmə binası qarşısında əksəriyyəti kamuflyaj formasında olan onlarla insan nazir müşavirini əhatəyə alıb və döyüblər. Bütün bunlar Z.Şkiryakın ünvanına yönələn qeyri-etik sözlərlə müşayiət olunub.