Əsrlərin yadigarı - Dördkünc Mərdəkan qalası - FOTOREPORTAJ

Mərdəkan qalası I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılıb

Mərdəkan qalası I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Dördkünc Mərdəkan qalası Bakının Mərdəkan qəsəbəsində yerləşən qədim tarixə malik abidələrdən biridir. Qala dörd künc formasında XII əsrin ortalarında III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilib. Mərdəkan qalası I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılıb. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilib.

Qalanın həyətindəki boş quyulardan ərzaq saxlamaq üçün istifadə olunub. Qalanın giriş qapısından içəri daxil olduqda 25 metrlik su quyusunu da görmək mümkündür. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti 28x25-dir. İçəridən qala 5 yarusa bölünür.