Çində fişəng anbarında partlayış olub, 5 ölü

Ölənlərin yerli sakinlər olmadığı qeyd edilir

Ölənlərin yerli sakinlər olmadığı qeyd edilir

Bakı. 25 dekabr. REPORT.AZ/ Çində fişəng anbarında partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası - "CCTV" məlumat yayıb.

Məlumata görə, hadisə Şandun vilayətində,Deçjou şəhər dairəsinin Deçen rayonunun kəndlərindən birində, yerli vaxtla saat 15:00-da qeydə alınıb. Məlumata görə, yaşayış binasının anbarında baş vermiş hadisə zamanı 5 nəfər ölüb. 

Pirotexniki vasitələrin qanunsuz saxlanıldığı bildirilir. Ölənlərin yerli sakinlər olmadığı qeyd olunur. 

Hadisə ilə bağlı təhqiqat aparılır.

Qeyd edək ki, analoji hadisə ötən gün Xebey vilayətində də baş verib. Həmin vilayətdə yerli vaxtla saat 13 radələrində pirotexniki vasitələrin partlayışı nəticəsində 2 nəfər ölüb.