​Azərbaycanın Ukraynadakı səfiri geri çağırılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 3 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Eynulla Mədətlinin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

“Report”un xəbərinə görə, sərəncamla Eynulla Yadulla oğlu Mədətli Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.