Azərbaycanda övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarılıb

Azərbaycanda övladlığagötürmə ilə bağlı qaydalar layihəsi ictimai müzakirəyə çıxarılıb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən hazırlanmış “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları” layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin sosial.gov.az saytında yerləşdirilib.

Vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar http://sosial.gov.az/uploads/images/image_750x_5dd... linkinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini ogss@sosial.gov.az ünvanına göndərə bilərlər.