Cəlilabadda piyadanı maşın vurub

Cəlilabad. 14 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun 1963-cü il təvəllüdlü Gülməmmədli kənd sakini Nəzərov Əlizadə Lələxan oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal müxtəlif xəsarətlərlə sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.