"Böyük iyirmilik" sammiti zamanı Almaniyada sərhəd nəzarəti tətbiq ediləcək

Bu addım sərhəddə yüksək təhlükəsizlik tələblərindən irəli gəlir

Bu addım sərhəddə yüksək təhlükəsizlik tələblərindən irəli gəlir

Bakı. 17 may. REPORT.AZ/ Hamburqda keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti zamanı Almaniya sərhəddə nəzarət tətbiq edəcək.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bu addımı sərhəddə yüksək təhlükəsizlik tələblərindən irəli gəldiyini deyib.  

Xatırladaq ki, sammit bu il iyulun 7-8-də Hamburqda keçiriləcək.