Cənubi Sudanda baş vermiş toqquşmalarda 150 nəfər həlak olub

Qarşıdurmalar zamanı həmçinin xeyli insan xəsarət alıb

Qarşıdurmalar zamanı həmçinin xeyli insan xəsarət alıb

Bakı. 9 iyul. REPORT.AZ/ Cənubi Sudanda prezident Salve Kiiraya tabe olan hərbçilərlə keçmiş üsyançılar arasında toqquşma baş verib. 

"Report"un məlumatına görə, bu barədə "AFP" xəbər yayıb. Məlumata görə, toqquşmalarda 150 nəfər həlak olub.

Qeyd edək ki, "Reuters" agentliyi toqquşmalar zamanı ən azı 115 nəfərin ölməsi haqda xəbər yayıb. 

Məlumata görə, qarşıdurmalar zamanı həmçinin xeyli insan xəsarət alıb.