İraqda 20-dən çox İŞİD terrorçusu məhv edilib

Terrorçuların iki qərargahı bombardıman edilib

Terrorçuların iki qərargahı bombardıman edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Beynəlxalq anti-terror koalisiyasının aviasiyası İraqın Ənbar əyalətində İŞİD terror qruplaşmasının 20-dən çox yaraqlısını məhv edib.

“Report” xəbər verir ki, bu barədə general Qasim əl-Məhəmmədiyə istinadən “Əl Sumaria” telekanalı məlumat yayıb.

"23 İŞİD yaraqlısı terrorçuların iki qərargahına endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib", - deyə telekanal Əl-Məhəmmədinin sözlərini sitat gətirib.