Karles Puçdemon Belçika məhkəməsində dindiriləcək

İspaniya məhkəməsi onun həbsinə Avropa orderi verib

İspaniya məhkəməsi onun həbsinə Avropa orderi verib

Bakı. 4 noyabr. REPORT.AZ/ İspaniya Milli Məhkəməsinin hakimi Karmen Lamela Kataloniya muxtariyyətinin Belçikaya qaçan sabiq rəhbəri Karles Puçdemon və onun bir neçə müşavirinin həbsinə order verib.

"Report" xəbər verir ki, bu barədə "El Pais" nəşri yazıb.

Belçika Federal Prokurorluğunun rəsmi nümayəndəsi Erik Van der Sipt orderi aldıqlarını və bunun araşdırılaraq məhkəmə müstəntiqinə veriləcəyini bildirib.

O qeyd edib ki, müstəntiq Puçdemonu dindirilməyə çağıracaq.