Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yarışda iştirak ediblər - VİDEO

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları da iştirak ediblər. 

Əlahiddə Ümumqoşun Ordudan "Report"a verilən məlumata görə, plana uyğun olaraq keçirilən yarışda düşmənin taktiki və əməliyyat dərinliyində hava kəşfiyyatı apara bilən vasitələrlə təchiz edilmiş reaktiv artilleriya divizionu bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirib.