Gələn il Azərbaycan kinosunun inkişafına 7,5 milyon manat vəsait ayrılması planlaşdırılır

Gələn il Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə ayrılan vəsaitin həcmi açıqlanıb.

"Report" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, 2020-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrinə aid olan digər müəssisə və tədbirlərə ayrılmış xərclərin tərkib hissəsi olmaqla, Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 7,5 milyon manat (2019-cu illə müqayisədə milyon manat va ya 5,0 dəfə çox), Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək. 

2020-ci ilin dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 5,5 milyon manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,7 milyon və ya 43,8 faiz çoxdur.