ABŞ-da "McDonald's"ın müştəriləri silahlılar tərəfindən girov götürülüb

Canilərin və girov götürülənlərin dəqiq sayı məlum deyil

Canilərin və girov götürülənlərin dəqiq sayı məlum deyil

Bakı. 8 oktyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Leyklend şəhərində yerləşən "McDonald's" restoranının müştəriləri naməlum şəxslər tərəfindən girov götürülüb.

"Report" xəbər verir ki, bu barədə şənbə günü ABC telekanalı məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı şəxs əvvəlcə avtomobil qaçırıb, daha sonra sözügedən restorana daxil olaraq oranın müştərilərini girov götürüblər.

Hadisə yerinə polis əməkdaşları və yerli şerif gəlib, ərazi mühasirəyə alınıb.

Polis, hələ ki, canilərin və girov götürülənlərin dəqiq sayını bilmir.