DİM: 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

Bakı. 25 may. REPORT.AZ/ Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib. 

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.