Ağstafada top mərmisi tapılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, oktyabrın 4-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.