Suriyada bir neçə hərbçi silahlıların açdığı atəş nəticəsində xəsarət alıb

Suriyada naməlum silahlıların açdığı atəş nəticəsində bir neçə hərbçi xəsarət alıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Latakiya və Hama vilayətlərində baş verib.

Suriyada düşmənçilik edən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin rəhbəri Viktor Kupçişin bildirib ki, Darh-Əbu-Əsəd, Royset-Ruşu, Səraf, Safsafa və digər yaşayış məntəqələri naməlum silahlılar tərəfindən atəşə tutulub

Atəş nəticəsində 3 hərbçi həlak olub.