Kataniya hava limanı Etna vulkanının püskürməsi səbəbindən bağlanıb

Təmizləmə avadanlıqları səhər tezdən uçuş-enmə zolağını küldən təmizləsə də, vəziyyət kritik olaraq qalır

Təmizləmə avadanlıqları səhər tezdən uçuş-enmə zolağını küldən təmizləsə də, vəziyyət kritik olaraq qalır

Bakı. 18 mart. REPORT.AZ/ Siciliya adasının ikinci ən böyük şəhəri olan Kataniyadakı hava limanı Etna vulkanının püskürməsi səbəbindən bağlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroportdan məlumat veriblər.

Hava limanı dünən gecədən işləmir. Uçuşların bu gün səhər bərpa ediləcəyi planlaşdırılırsa da, bu, müvəffəq olmayıb. Belə ki, təmizləmə avadanlıqları səhər tezdən uçuş-enmə zolağını küldən təmizləsə də, vəziyyət kritik olaraq qalır.

Aeroportun Böhran Mərkəzi gündüz daha bir görüş keçirmək niyyətindədir.

Qeyd edək ki, Etna vulkanı hələ fevralın 28-də oyanıb. Martın 16-da vulkanik materialın sıçraması nəticəsində 10 nəfər xəsarət alıb.