İranın ali lideri: "Trampın ABŞ-ın İŞİD üzərində qələbə qazanması ilə bağlı bəyanatı yalandır"

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın İŞİD terror qruplaşmasını məğlub etməsi barədə prezident Donald Trampın sözləri yalandır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Seyid Əli Xamenei bildirib.

"Donald Trampın bir neçə saat əvvəl ABŞ-ın İŞİD-i məğlub edə bildikləri ilə bağlı dedikləri yalandır. Açıq və aydın yalan!" - İranın ali lideri deyib.

Ə.Xamenei Suriyaya zərbələr endirilməsi ilə əlaqədar ABŞ və Fransanın prezidentlərini, eləcə də Böyük Britaniya baş nazirini cinayətkarlar adlandırıb.