Venesuelada etirazlar zamanı saxlanılanların sayı 791 nəfərə çatıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Venesuelada etirazların gedişatında saxlanılanların sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, belə iddia ilə "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero özünün "Twitter" səhifəsində bildirib.

O, qeyd edib ki, yanvarın 21-dən davam edən etirazlar zamanı saxlanılanların sayı 791 nəfərə çatıb.

"Venesuela Cinayət Forumu" yanvarın 27-ə qədər nümayişlərlə əlaqədar 791 saxlanılmanı qeydə alıb. Yalnız 23 yanvarda 632 nəfər saxlanılıb", - deyə Romero qeyd edib.

Daha əvvəl aksiyalarda 500 nəfərin saxlanıldığı bildirilirdi.