Yaponiyada 6,3 maqnituda gücündə zəlzələ olub

Cümə günü Yaponiyanın Küsü adasının cənub-şərqində 6,3 maqnituda gücündə zəlzələ olub. Dərhal sunami təhlükəsi elan olunsa da, xəbərdarlıq tezliklə geri götürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanların ocağı Miyadzaki rayonu ərazisində 20 km dərinlikdə qeydə alınıb.