ABŞ-ın yeni administrasiyasının ticarət və maliyyə nazirlərinin adı açıqlanıb

Biznesmen Stiven Mnuçin ABŞ Prezidenti Donald Trampın onu maliyyə naziri vəzifəsinə seçdiyini təsdiqləyib

Biznesmen Stiven Mnuçin ABŞ Prezidenti Donald Trampın onu maliyyə naziri vəzifəsinə seçdiyini təsdiqləyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Biznesmen Stiven Mnuçin ABŞ Prezidenti Donald Trampın onu maliyyə naziri vəzifəsinə seçdiyini təsdiqləyib.

"Report" xəbər verir ki, iş adamı bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, milyarder Vilbus Ross da telekanala açıqlamasında D.Trampın onu ticarət naziri kimi təsdiqlədiyini vurğulayıb.

Beləliklə, ABŞ-ın yeni administrasiyasının ticarət və maliyyə nazirlərinin adı məlum olub.