Hindistanda naməlum şəxs bazarda insan kütləsinə atəş açıb

İlkin məlumatlara görə, 12 nəfər həlak olub

İlkin məlumatlara görə, 12 nəfər həlak olub

Bakı. 5 avqust. REPORT.AZ/ Hindistanın Assam ştatının Kokrachar şəhərində naməlum şəxs bazarda insan kütləsini atəşə tutub.

"Report" "İndia Today"ə istinadən xəbər verir ki, atışma nəticəsində ilkin məlumatlara görə, 12 nəfər ölüb, yaralananlar var.

Qeyd olunub ki, ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat yoxdur.